Bakıda avtomobilləri cərimə meydançasına aparan evakuator qaydaları pozub. İstiPress xəbər verir ki, bu barədə sosial şəbəkədə Bəxtiyar Hacıyev adlı istifadəçi video paylaşıb. B.Hacıyev "giriş qadağandır" nişanının tələbini pozduğu üçün evakuatora yol vermək istəməsə də, yaxınlıqdakı polis əməkdaşı ondan yol verməsini tələb edib.
"Qanun hər kəs üçündür, "Yol hərəkəti haqqında" Qanunla tənzimlənir. Kimliyindən asılı olmayaraq, bu tələbləri yerinə yetirməlidir. Videoya dəqiq baxmamışam, görməmişəm deyə dəqiq şərh verə bilmirəm. Daha dəqiqini videoya baxdıqdan sonra demək olar".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !