Avropa.info xəbər verir ki, mitinqə siyasətçilər, ictimaiət adamları ilə yanaşı "Qarabağ” futbol komandasının fanatlar da qatılıblar.
Mitinqdə çıxış edən QAT sədri Akif Nağı bildirib ki, dövlətin Qarabağın işğaldan azad olunması ilə bağlı qərarlarına dəstək verəcəklər.
"Təki Qarabağ işğaldan azad olunsun. Hədəfimiz beynəlxalq təçkilatlardır. Nə qədər ermənilərin arxasında dayanacaqsınız?!Bizim gücümüz xalqın iradəsidir!”
"Ya Qarabağ, ya ölüm”, "Qarabağa azadlıq” şüarları səsləndirilən mitinqə türk tələbələr də qatılıblar.
Mitinqdə çıxış edən İlham İsmayıl ATƏT-in Minsk qrupunda işğal olunmuş ərazilərdə məskunlaşmaya imkan verməməyi tələb edib.
***
Bu gün saat 15.00-dan 17.00-dək Yasamal rayonu ərazisində "İnşaatçılar” metrostansiyasının yaxınlığındakı "Məhsul” stadionunda Qarabağ mitinqi keçiriləcək.
Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə keçiriləcək mitinqin təşkilatçısı ictimai, siyasi xadimlərin yaratdığı Qarabağ Komitəsidir.
Mitinqdə "Qarabağa azadlıq” şüarları səslənəcək.
Qeyd edək ki, bu mitinqə həm iqtidar düşərgəsindən, həm də müxalifət düşərgəsində olan partiyaların, falların qoşulacağı gözlənilir. Bundan ötrü mediada və sosial şəbəkələrdə müvafiq çağırışlar edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !