Bakıda qəzalı vəziyyətdə olan körpü təmirə bağlanır

13:31 | 23.03.2023
Bakıda qəzalı vəziyyətdə olan körpü təmirə bağlanır

Bakıda qəzalı vəziyyətdə olan körpü təmirə bağlanır

Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində ("3-cü mikrorayon” dairəsi) yerləşən yol ötürücüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq Ziya Bünyadov prospektindən "20 Yanvar” dairəsi istiqamətində (yalnız yol ötürücüsü üzərində) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
 
Sözügedən yol ötürücüsü üzərində hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri iş günlərində, mart ayının 24-də səhər saat 6:00-dan 25-də gecə saat 24:00-dək tətbiq ediləcək.

Qeyd olunan müddət ərzində sürücülər Ziya Bünyadov prospektindən "20 Yanvar” dairəsi istiqamətində köməkçi yoldan istifadə edərək hərəkətlərinə davam edə bilərlər.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb