2015-ci ilin iyun ayının 7-də Bakıda "Sabun köpükləri” festivalı keçirilib.
Oxu.Az xəbər verir ki, iştirakçılar saat 18:45-də "Torqovı” küçəsində Natavanın heykəli yaxınlığında yığışaraq saat 19:00 olmağını gözləyirdilər.
19:00-da hamı eyni vaxtda çanta və ciblərindən lazımi əşyaları çıxararaq sabun köpüklərini havaya uçurmağa başladılar.
19:15-də Fəvvarələr meydanına doğru yürüşə başladılar. Yarım saat ərzində sinxron olaraq sabun köpükləri havaya uçuruldu. Səma rəngarəng köpüklərlə doldu.
19:45-də iştirakçılar Gənc Tamaşaçılar Teatrına tərəf yollandılar. Festival GTT-nın yanında başa çatdı.
"Sabun köpükləri” festivalını FLASHMOB Azerbaijan təşkil edib.
Fleşmob "Qoy Bakının adi günü göy qurşağı ilə parlasın!” adlanırdı.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !