• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Qaradağda 10 yaşlı uşaq qızılcadan ölüb

Qaradağda 10 yaşlı uşaq qızılcadan ölüb
30.11.2023 12:47
Qaradağın 195 saylı məktəbində on yaşlı uşaq qızılcadan ölüb. Bu barədə Qafqazinfo məktəbin direktoru Laçın Hüseynliyə istinadan yazıb. 
 
"Artıq bir övladımızı qızılca xəstəliyinə görə itirdik. Çox təəssüf. Ölkədə tibb sahəsində kadr çatışmazlığı varmı? Artıq iki ildir ki, məktəb üçün tibb bacısı tələb edirik. 3 növbəli məktəbin bir nəfər də olsun həkimi yoxdur. Son 5 gündə isə 200-dən çox yoluxma var”, direktor əlavə edib.
 
TƏBİB açıqlama yayaraq bildirib ki, ölən uşağın ölüm səbəbini tibbi ekspertiza, pataloji anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür
 
Bundan əvvəl Kürdəmirdə 4 yaşlı uşaq qızılcadan ölüb. 
 
Səhiyyə Nazirliyinin son statistikasına görə Azərbaycanda 284 nəfər qızılcaya yoluxub. 
 
Noyabrın 29-da millət vəkili Müşfiq Məmmədli bildirib ki, qızılcaya qarşı peyvəndlənmə zəif olduğuna görə bu virusa yoluxma halları sürətlə yayılır. 
 
Səhiyyə Nazirliyi açıqlama yayaraq qeyd edib ki, epidemioloji vəziyyəti nəzərə alaraq, ölkə ərazisində orta və yaşlı əhalinin profilaktikası məqsədi ilə vaksinasiyası üçün peyvənd (Qızılca-Parotit-Məxmərək) tətbiq olunacaq. 
 
2022-ci dünyada qızılca xəstəliyindən ölənlərin sayı 136 minə çatıb ki, bu da 2021-ci illə müqayisədə 43% çoxdur. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesabat yayıb.

Oktyabrın 17-də Səhiyyə Nazirliyi 2014-cü ildən bu yana Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yerli yoluxma halları baş vermədiyinə görə ÜST-ün infeksiyaların ləğv edildiyi ölkələr siyahısına daxil edildiyini qeyd edib.
 
Gülnar Nazimıqızı
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - Video
Cəmiyyət 12:10
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - Video
AZAL Bakı-Moskva-Bakı reysi üzrə uçuşları bərpa edib
Cəmiyyət 11:09
AZAL Bakı-Moskva-Bakı reysi üzrə uçuşları bərpa edib
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Cəmiyyət 10:55
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Ötən gün vətəndaşların bank kartlarından 11 min manatdan çox pul oğurlanıb
Cəmiyyət 10:37
Ötən gün vətəndaşların bank kartlarından 11 min manatdan çox pul oğurlanıb
Mehriban Əliyeva Qələbə Günü münasibətilə paylaşım edib
Cəmiyyət 10:13
Mehriban Əliyeva Qələbə Günü münasibətilə paylaşım edib
Çaylarda sululuq artıb
Cəmiyyət 10:10
Çaylarda sululuq artıb
“BakıKart”da problem yaranıb
Cəmiyyət 09:25
“BakıKart”da problem yaranıb
Qazaxda yol qəzası olub,4 nəfər xəsarət alıb
Cəmiyyət 23:56
Qazaxda yol qəzası olub,4 nəfər xəsarət alıb
Sabirabadda körpü su altında qalıb, kəndlərlə əlaqə çətinləşib
Cəmiyyət 22:16
Sabirabadda körpü su altında qalıb, kəndlərlə əlaqə çətinləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol