Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yaşayan 40-a yaxın uşaq qızılcaya yoluxub. Bu barədə Birliyin sədri Kəmalə AĞazadə anews.az-a açıqlamasında bildirib.
"Ümumilikdə iki həftə ərzində 40-a yaxın uşaq qızılcaya yoluxub. Sayını dəqiq deyə bilmərik. Elə uşağımız var ki, əlamətləri var, ancaq hələki qızılıca diaqnozu qoyulmayıb",- Ağazadə vurğulayıb.
O bildirib ki, qızılcaya yoluxan uşaqlar hazırda 1 nömrəli Uşaq Yoluxucu Xəstəxanasında müalicə olunur. Həmin uşaqlardan 20-si xəstəxanaya yerləşdirilib.
Bir gün əvvəl, Bakının 20 nömrəli məktəb-liseyi 9 şagirdin və 1 müəllimin qızılcaya yoluxduğunu açıqlayıb.
Hazırda rəsmi statistikaya görə, ölkədə 284 yoluxma faktı qeydə alınıb.
Qızılca ilə bağlı Ruminiya dövləti qızılca ilə bağlı epidemiya elan edib.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !