Bakıda söküntü başlanıldı: Ekspertiza cavabından sonra - FOTOLAR

18:10 | 21.05.2015
Bakıda söküntü başlanıldı: Ekspertiza cavabından sonra - FOTOLAR

Bakıda söküntü başlanıldı: Ekspertiza cavabından sonra - FOTOLAR

Bugünlərdə paytaxt Bakıda belə mənzərələrlə tez-tez qarşılaşacayıq: hündürmərhəbəli binaların üzlüklərinin sökülməsinə. ANN.Az-ın fotomüxbirinin verdiyi məlumata görə, hazırda əsas işlər Binəqədi rayonu ərazisində aparılır. Əsasən mayın 19-da yanğın hadisəsi baş vermiş binanın yaxınlığındakı hündürmərtəbəlilərin fasadları penoplastdan "azad" olunur. Bu işdə FHN-nin, icra strukturlarının əməkdaşları yaxından iştirak edirlər.

Binəqədi RİH-nin başçısı Xaləddin İsgəndərovun musavat.com-a verdiyi məlumata görə, söküntü işləri ekspertizanın rəyindən sonra başlayıb: "Biz elspertizanın rəyinin gösləyirdik. Ordan rəy gəldiksən sonra prosesə start verdik".  

Qeyd edək ki, dünən hadisə ilə bağlı yaradılmış komissiyanın dövlət başçısı yanında iclası keçirilmişdi. Prezident İlham Əliyev bütün Azərbaycanda binaların üzünə çəkilmiş materiallardan nümunə götürülərək onların ekspertiza olunmasını tapşırmışdı. Onun sözlərinə görə, əgər həmin materiallar ziyanlıdırsa, standartlara cavab vermirsə, dərhal sökülməlidir.

İclasda dövlət məmurlarının verdiyi məlumata görə, hazırda Azərbaycanda 263 bina penoplasla üzlənib.

ANN.Az-ın fotomüxbirinin hazırladığı fotoları təqdim edirik.

Fotoların müəllifi Fərqanə Novruzovadır

 
 


































































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM