Bakıda su borusu partlayıb - VİDEO

14:37 | 03.08.2022
Bakıda su borusu partlayıb - VİDEO

Bakıda su borusu partlayıb - VİDEO

Bakının 20-ci sahə dairəsi ərazisində su borusu partlayıb, maşınların və piyadaların hərəkəti çətinləşib, sakinlər susuz qalıb.  Bu barədə ərazidə yaşayan sakinlər Anews.az-a məlumat verib. 

"Bakının 20-ci sahə dairəsi ərazisində su borusu partlayıb.Maşınların və piyadaların hərəkəti çətinləşib. Buna səbəb ərazidə yerləşən "Bravo" supermaketinin texniki parametrlərə uyğun su borusu çəkməməsi olub. Yolun torpaqlanma işləri də tam yerinə yetirilməyib”, - vətəndaş narazılığını bildirib. 
 


"Azərsu" ASC-nin Mətbuat  və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı, qəzanın ba verdiyi borunun Bravo-ya deyil Azərsu ASC-ə aid olduğunu bildirib.
 
O , həmçinin ərazidə təmir-tikinti işlərinin davam etdiyini və problemin aradan qaldırılacağını söyləyib.  

"Həmin ərazidə işlərimiz davam edir.  225 mm-lik magistral xəttin bir hissəsini  yeniləmişik. Layihə hazırlanıb və bu layihə üzərində işlər yekunlaşdıqda tam hidrafik rejim tənzimlənəcək, əhalinin su təchizatı dayanıqlılığı təmin olunacaq və xətlərdə baş verən qəzalar aradan qaldırılacaq”, - "Azərsu" rəsmisi bildirib. 
 
Məhluqə Tağıyeva
Kənan Əzizli

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM