May ayının 12-dən 22-dək paytaxt Bakı şəhəri növbəti mötəbər idman yarışları, İslam oyunlarına ev sahibliyi edəcək. Hazırda Bakı şəhərində yarışların keçirilməsi üçün ciddi hazırlıq işləri görülür. Belə ki yarış zamanı idmançıları daşıyan minik vasitələrinin maneəsiz hərəkət etmələri üçün, paytaxt yollarına sarı zolaqlar çəkilib.
Mövzu ilə bağlı Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədovla əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməyə çalışdı. Vaqif m. birtərəfli yola sarı zolaq çəkildiyi təqdirdə qadağa qüvvəyə mindikdən sonra sürücülərin ümumiyyətlə həmin istiqamətdə hərəkətinin məhdudlaşdırılacağını bildirdi. "Hələ ki, qadağalar qüvvədə deyil. Bu zolaqlarla sürücülər sərbəst hərəkət edə bilərlər. Amma İslam Oyunlarına 1-2 gün qalmış qadağalar tətbiq ediləcək və o zaman sürücülərə hər bu zolaqlarla bağlı hər bir nüans ətraflı izah olunacaq. Güman edirəm ki, ondan sonra bu cür qaranlıq məqamlar qalmayacaq. Hal-hazırda isə bu cür xırda məqamlar sürücüləri narahat etməsin. Çünki biz indiyə kimi bir çox mötəbər dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi etmişik. Öz vəzifəmizin öhdəsindən də kifayət qədər alnı açıq çıxmışıq. Sürücülər və Bakı sakinləri arxayın olsunlar ki, bu tədbiri də yüksək səviyyədə həyata keçirəcəyik. Bunun üçün isə şəhərimizin sakinləri, qonaqları, o cümlədən də regionlarda yaşayan vətəndaşlar bizə kömək edib qaydalara riayət etmlidirlər. Belə olsa biz də öz işimizin öhdəsindən uğurla gələrik”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !