Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Ramiz Qəmbərov küçəsində avtomobil təmiri sexinin ərazisində təkər tullantıları yığılmış yerdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
21:32
Bakının Xətai rayonunda sex yanır.
"Qafqazinfo”nun məlumatına görə, yanğın Ramiz Quliyev küçəsindəki təkər təmiri sexlərindən birində başlayıb.
Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşları cəlb olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !