Bakıda və Abşeron yarımadasında küləyin sürəti 15-19 m/s-yə çatıb

23:21 | 21.06.2024
Bakıda və Abşeron yarımadasında küləyin sürəti 15-19 m/s-yə çatıb

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 15-19 m/s-yə çatıb

Milli Hidrometeorologiya Xidmətinin iyunun 21-i saat 23:00-a olan məlumatına əsasən sarı və narıncı xəbərdarlığa uyğun olaraq ölkənin bəzi qərb rayonlarında gün ərzində arabir güclənən qərb küləyi əsib.

Sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Tərtər, Goranboyda küləyin sürəti 15-19 m/s-dir.

Narıncı xəbərdarlığa uyğun olaraq isə Göyçay, Ağcabədi, Naftalanda küləyin sürəti 25 m/s təşkil edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb