Bakıdan Hindistana birbaşa uçuşların sayı artacaq

07:50 | 21.07.2023
Bakıdan Hindistana birbaşa uçuşların sayı artacaq

Bakıdan Hindistana birbaşa uçuşların sayı artacaq

Hindistanın "IndiGo Airlines” aviaşirkəti avqustda Azərbaycana birbaşa uçuşlar açmağı planlaşdırır. Bu barədə Dövlət Hava Nəqliyyatı Agentliyi məlumat verib. 

Hindistandan Azərbaycana birbaşa uçuşların sayının artırılması məsələsini cümə axşamı Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev və Hindistanın Bakıdakı səfiri Sridharan Madhusudxanan müzakirə ediblər.

Hindistandan Azərbaycana uçuşların sayının artması turist axınının artması ilə əlaqələndirilir.
 
O cümlədən, 2023-cü ilin birinci yarısında Azərbaycana Hindistandan 47,67 min turist gəlib ki, bu da 2022-ci ilin 6 ayının göstəricisindən 3 dəfə, pandemiyadan əvvəlki 2019-cu ilin 6 ayının göstəricisindən 1,7 dəfə çoxdur.
 
Hindistandan turistlər əsasən atəşpərəstlərin ziyarət məkanı sayılan "Atəşgahı" ziyarət etmək üçün Azərbaycana gəlir. 
 
AZAL hazırda Dehli-Bakı-Dehli marşrutu üzrə Hindistana birbaşa uçuşlar həyata keçirir.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM