Bakıdan Sumqayıta gedənlərə xoş xəbər

18:41 | 24.08.2015
Bakıdan Sumqayıta gedənlərə xoş xəbər

Bakıdan Sumqayıta gedənlərə xoş xəbər

Yeni birləşdirici yolun qoyuluşuna başlanılır, xətti boyunca yerləşən stansiyalarda tamamlama işləri görülür

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri davam edir.
 
Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, sabah Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt sərnişin stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun qoyuluşuna başlanacaq.
 
İlkin olaraq bu yolun üzərində yoldəyişdirici qurğuların qoyulacaq. Eyni zamanda Bakı-Sumqayıt xətti boyunca yerləşən stansiyalarda bəzi tamamlama işləri görülür.
 
Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və bu günə kimi 61 km yol əsaslı təmir olunub.Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə  "Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. Əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM