"BakıKart”larda müəyyən dəyişikliklər ediləcək. Bununla bağlı bəzi işlərin həyata keçirilməsi planlaşdırılır".
ANN.Az milli.az-a istinadən xəbər verir ki, bu barədə açıqlamasında "BakıKart" layihəsinin rəhbəri Ceyhun Əliyev deyib.
Onun sözlərinə görə, dəyişiklik nəqliyyat kartlarının texnoloji xüsusiyyətləri, kartın funksional imkanları və digər məsələlərlə bağlı olacaq: "Yeniliklərlə əlaqədar ictimaiyyətə əlavə şəkildə geniş məlumat veriləcək".
"BakıKart"ın tətbiqi sahələrinin genişləndirilməsi ilə bağlı məsələyə gəlincə, layihə rəhbəri hələlik bu barədə məlumat vermək istəmədiyini bildirib.
Qeyd edək ki, "BakıKart" nəqliyyat kartları hələlik yalnız Bakı Metropolitenində və "BakuBus" avtobuslarında gediş haqqının ödənilməsi üçün istifadə edilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !