• $ 1.7
  • € 2.0035
  • ₽ 0.021707
  • ₺ 0.0427
  • £ 2.336

Bakının bu ərazisində evlər sökülür – VİDEO

Bakının bu ərazisində evlər sökülür – VİDEO
22.07.2019 17:09
Bura "Bakının Şanxay”ıdır. Dəmir yolunun kənarındakı bu qəsəbə 1 küçədən ibarətdir. Bakılılar buranı Şanxay kimi tanıyır. Buranın belə adlandırılmasının əsas səbəbi isə evlərin sıx yerləşməsidir.

Anews.az ARB TV-yə xəbər verir ki, buranın ilk sakinləri 1950-ci illərin sonlarında Keşlə qəsəbəsində fəaliyyət göstərən beton zavodunun işçiləri olub.

İkinci köç isə 1990-cı illərin əvvəllərində reallaşıb. Müharibə səbəbindən evlərindən didərgin düşənlərin üz tutduğu yaşayış ərazilərindən biri də bura olub.

Müstəqillik dövrünün ilk illərində kənddən şəhərə üz tutanlar da artdıqca bu yerdə dəmir yoluna yaxın evlərin sayı çoxalmağa başlayıb.

Tikililərin xəttdə çox yaxın yerləşməsi səbəbindən həyatını itirənlər də az olmayıb. Evlərin arasıyla hərəkət edən qatarlar uzun müddət sakinlərin kabusuna çevrilib.


Buradakı vəziyyət nəzərə alınaraq evlərin söküntüsünə də başlanılıb. Bir müddət əvvəl dayandırılan söküntü işləri sakinlərin bir qismini narazı salıb.

"Azərbaycan Dəmir Yolları” QSC-dən öyrəndik ki, dəmir yolunun mühafizə zolağında yerləşən 476 qeyri-qanuni tikilinin əksəriyyəti sökülüb.

21 evin söküntüsü isə müəyyən səbəblərdən gecikir. Lakin bu məsələnin həllinin tapılması üçün işlər davam etdirilir.

Qonşularını yola salan, özləri qalan 21 ailənin də evləri söküləcək. Beləliklə "Bakının Şanxayı” tarixə qovuşacaq. 
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Masazırda açıq ərazidə yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 00:10
Masazırda açıq ərazidə yanğın söndürülüb - Yenilənib
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:19
Sabah bu ərazilərdə işıq olmayacaq
Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapılıb
Cəmiyyət 22:15
Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapılıb
Araz Ağalarova qarşı məhkəmə icraatına başlanılıb
Cəmiyyət 21:49
Araz Ağalarova qarşı məhkəmə icraatına başlanılıb
Göygöldə xəstə yaxınları təcili yardım maşınına hücum edib
Cəmiyyət 21:14
Göygöldə xəstə yaxınları təcili yardım maşınına hücum edib
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatıb
Cəmiyyət 21:07
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatıb
Şəxsiyyət vəsiqələrinin forması dəyişir
Cəmiyyət 18:05
Şəxsiyyət vəsiqələrinin forması dəyişir

Əmanətini Yelo Bank-a etibar et, illik 12%-dək gəlir qazan
Cəmiyyət 17:04
Əmanətini Yelo Bank-a etibar et, illik 12%-dək gəlir qazan
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq
Cəmiyyət 16:28
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol