Bura sözün həqiqi mənasında Bakının göz dağıdır. "Bağa baxarsan bağ olar, baxmazsan dağ olar" zərb-məsəlinin nümunəsidir bu park.
Vaxtilə gözəlliyi və özəlliyi ilə seçilən bu parkdan indi heç bir əsər-əlamət qalmayıb. Nə hovuzu, nə süni gölməçələri, nə şəlalələri, nə maraqlı körpüləri, nə də ekzotik heyvanları gözə dəyir. Onlardan heç bir əsər-əlamət belə yoxdur. Amma zaman olub ki, bu park adamlarla dolub-daşıb, hətta botaniklər, alimlər bu bağda çalışıb, ağacların, güllərin qayğısına çox sayda bağbanlar qalıb. Necə deyərlər, bu parkda gül gülü çağırıb, bülbül bülbülü.
Bu park Bakının mərkəzinə yaxın ərazidə - akademik Zərifə Əliyeva adına Göz Xəstəlikləri Klinikasının yaxınlığında yerləşir. Xəbər portalı ANN.Az-ın fotomüxbirinin vaxtilə "Pitomnik" adı ilə məşhur olan "Dendropark"ın indiki durumundan bəhs edən fotosessiyasını oxuculara təqdim edirik.
Fotoların müəllifi Fərqanə Novruzovadır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !