Bakıda poliuretan ilə üzlənmiş binaların mühafizəsi gücləndirilib.
Milli.az xəbər verir ki, hazırda paytaxtdakı odadavamsız materialla üzlənmiş bütün binaların qarşısında Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə xidmətinin əməkdaşları xidmət aparırlar. Yarana biləcək yanğın təhlükəsinin tez bir zamanda qarşısını almaq üçün belə üsul seçilib.
Xatırladaq ki, mayın 19-da Bakının Azadlıq prospektindəki yaşayış binasında 15 nəfərin ölümü, 65 nəfərin xəsarəti ilə nəticələnən dəhşətli yanğın baş verib. Binanın yanan fasadının poliuretan maddəsindən olduğu deyilir.
Onu da qeyd edək ki, fasadları istehsal edən "Global Construction" şirkətinin rəhbəri artıq həbs edilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !