APA xəbər verir ki, həmin məhkumlar Şirvandan Bakıya qatarla gətirilirmiş. Qatar Biləcəri stansiyasında dayanan zaman onlardan bir neçəsi qaçmağa nail olub.
Bakıda qaçan məhbusların adları məlum olub. Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, verilən məlumata görə, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.
E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.

Hazırda qaçan məhkumların axtarışı davam edir.
Bizi sosial şəbəkələrdə izləyin !