Bakının bu rayonlarında qaz olmayacaq

12:41 | 16.04.2014
Bakının bu rayonlarında qaz olmayacaq

Bakının bu rayonlarında qaz olmayacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Olimpiya Kompleksi və yeni yol qovşağının tikintisi ilə bağlı tikinti sahəsinə düşən qaz kəmərlərinin təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədar bu gün saat 12:00-dək Nərimanov rayonunun bir hissəsinə, “Şimal DRES” qazpaylayıcı stansiyasında “Sənaye” və “Əhali” kollektorlarının qaz təchizatı mənbəyinə birləşdirilməsi və Binəqədi rayonu 6-cı mikrorayonun qərb hissəsində yeni tikilmiş məscidə gedən avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar isə saat 18:00-dək Binəqədi və Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM