Bakının əksər küçə və prospektlərində tıxac yaranıb

16:23 | 07.03.2014
Bakının əksər küçə və prospektlərində tıxac yaranıb

Bakının əksər küçə və prospektlərində tıxac yaranıb

 Bakının əsas küçə və prospektlərində tıxac yaranıb.Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, paytaxtın əksər küçə və prospektlərində yaranan tıxac 8 mart Beynəlxalq Qadınlar günü ilə əlaqədardır. Tıxacın əsasən Tbilisi, Azadlıq, Moskva, Heydər Əliyev, Atatürk prospektlərində, habelə Azneft meydanından Filarmoniya istiqamətində, 28 May, Cəfər Cabbarlı, Həsən Əliyev, Rəşid Behbudov küçələrində müşahidə edildiyi bildirilib. Sürücülərə həmin istiqamətlərdə şəxsi nəqliyyat vasitələrindən az istifadə etmələri tövsiyə olunur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti