Lüdmila A. AxundovaAzərbaycan Respublikası Dövlət Tarixi Arxiv fondlarının baş mühafizi Azərbaycan Respublikasının Dövlət Tarixi Arxivində qorunan sənədlərə görə, şəhər ictimai idarəsinin fəaliyyətini təqib etmək mümkündür. 1870-ci il şəhər əsasnaməsi, Qafqaz canişininin Bakı quberniyasında fövqəladə vəziyyətin elan olunmasıyla bağlı sorğusunda Bakı qubernatoru bu vəziyyətin daha da uzadılmasına ehtiyac olduğunu göstərmişdi. Yalnız üstündən 8 il ötdükdən, yəni şəhər əsasnaməsi təsdiq edildikdən sonra, o, ilk dəfə Bakıya aid edilmişdir. 1870-ci il şəhər əsasnaməsinin bütün çatışmazlıqlarına baxmayaraq, bu əsasnamə hər halda proqressiv akt idi və Azərbaycan şəhərlərinin kapitalist inkişafının tələblərinə cavab verirdi. 1892-ci ildə yeni şəhər əsasnaməsi təsdiq edilmişdi. Bu isə qubernatorun şəhər ictimai idarəsinin bütün orqanlarına qarışmasını qanuniləşdirirdi.Bakı şəhər ictimai idarəsinin icraçı orqanı - Şəhər İdarəsi 1877-ci ilin dekabrında təsis edilmiş, 1878-ci ildən isə fəaliyyətə başlamışdır. Şəhər idarəsi şəhər başçısından və şəhər dumasının 4 il müddətinə seçilmiş dörd üzvündən ibarət idi. Sayları 30-u ötməyən, səs hüququndan istifadə edən sakinlərdən 30-u şəhər dumasına seçilirdi. Elə orada hər 150 nəfər, sayları 300-dən çox olduqda isə altı duma üzvü əlavə edilməklə, ta ki duma üzvlərinin sayı 72 nəfəri ötürdü, seçki aparılırdı. İlk Bakı şəhər dumasına 72 adam seçilmişdir. Onun funksiyalarına vəzifəli şəxslərin təyin edilməsi, şəhər ictimai idarəsinin problemlərinin həll edilməsi, şəhər yığımlarının və vergilərinin tutulması, şəhər və onun təmiz saxlanılmasının təminatı, zibildən təmizlənməsi, şəhər büdcəsinin xərcləri və gəlirləri barədə hesabatların təsdiqlənməsi, şəhər smetalarının məbləğinə baxılması və təsdiq edilməsi daxil idi.Şəhər dumasının iclasları qubernatorun tələbləri və ya duma üzvlərinin beşdə birindən az səs çoxluğu ilə şəhər başçısının mülahizəsinə əsasən təyin olunurdu. Zəhmətkeşlərin geniş kütləsi şəhər idarəetməsində iştirak hüququndan məhrum olmuşdular. Şəhər dumasına 25 yaşdan cavan olmayanlar seçilə bilərdilər. Onlar daşınmaz əmlaka malik olmalı, ticarət və ya sənaye müəssisələri saxlamalı, yaxud aylıq gəlirləri 1500 rubldan az olmayan şəxslər seçki hüququna malik idilər. Bakı dumasının üzvləri, əsasən, böyük neft-sənayə sahibləri idilər. Z. Tağıyev, M. Nağıyev, İ. Hacınski. Yalnız istisna hallarda Bakı dumasına Azərbaycan demokratik ziyalılarının ayrı-ayrı nümayəndələri düşürdülər. Məsələn, Q. Zərdabi, M. Əzizbəyov.İdarəyə bilavasitə şəhər təsərrüfatının işləriylə məşğul olmaq həvalə edilmişdi, şəhər smetaları layihələrinin tərtib edilməsi, şəhər yığımlarının xərclənməsi və s. İdarə öz fəaliyyəti, pul dövriyyələri, tabeliyində olan müəssisələr və əmlaklar, ərzaq məhsullarına qoyulan qiymətlər, tikinti materialların qiyməti, həmçinin tikinti işlərinin idarə edilməsi, binanın fasadının və planın təsdiqlənməsi haqqında Dumaya hesabat verirdi.İdarə, həmçinin təhsil müəssisələrinin açılması, ictimai kitabxanalar, muzeylərin açılması, şəhərin abadlığının qayğısına qalmaq, kanalizasiya qurğusunun qurulması, su təminatı, işıqlandırma və əhaliyə tibbi-sanitar köməyin göstərilməsi məsələləri ilə də məşğul olmalıydı. Şəhərin abadlığı ilə şəhər idarəsi formal olaraq məşğul olduğundan, şəhər duma üzvləri fə şəhərin abadlıq məsələlərinə laqeyd münasibət göstərirdilər. Şəhərin yalnız mərkəzi hissəsi abadlaşdırılmışdı. Şəhərin abadlaşdırılması üçün İdarəyə daxil olan vəsaitlərin böyük bir hissəsi təyinatı üzrə xərclənmirdi.İctimai idarənin orqanlarının üstündə qubernatorun şəxsində nəzarət qurulmuşdu və o vaxt şəhər işləri üzrə quberniya necə olursa olsun, hakim və şəhər idarəsinin işlərinin həll edəni idi. Şəhər duması polisdən tam asılı idi. Hətta onların bütün şəhər təsərrüfatına aid qətnamələri uyğunlaşdırılmalı idi.Şəhər başçısının seçkiləri, İdarə üzvləri və katibliyi iki dəfə səsvermə yolu ilə seçilirdi. Şəhər başçısı Dumanın iclaslarında tamhüquqlu sahib idi. Bakı idarəsinin rəsmi sənəd materiallarının çox böyük maraq kəsb etməsi və araşdırmaçılar tərəfindən çox geniş şəkildə elmin müxtəlif sahələrində istifadə edilməsi İdarənin strukturunu öyrənmək üçün maraqlı olacaq. İdarənin tərkibində aşağıdakı bölmələr vardı. Bu bölmələr ticarət-polis xidmətləri göstərirdi, müxtəlif ticarət sənədləri hazırlayırdı, küçələrin işıqlandırılmasının və təmizliyinin qeydinə qalırdı.İkinci bölmə isə torpaqla bağlı olub. Müxtəlif məqsədlər üçün şəhər torpaqlarının ayrılması, torpaqların satılması ilə bağlı ticarətin keçirilməsi, torpaqların icarəyə verilməsi və s. 1896-cı ildən bu bölmə müstəqil struktur kimi fəaliyyət göstərməyə başladı.1882-ci ilin martında Duma Məsləhət Şurası təsis etmişdi. Bu şura müəllimlərin yığılması, təhsil müəssisələrinin açılması ilə məşğul olurdu. "Bakı Şəhər İdarəsi" fondunda olan təlimatda idarənin strukturunun və funksiyalarının əks olunduğu təlimat var, bu təlimat 1892-ci il şəhərsalma qaydalarına əsasən tərtib edilmişdir.Bakı Şəhər İdarəsi sədrdən və idarənin 3 üzvündən ibarət idi.Təlimatdan görünür ki, İdarənin tikinti bölməsi 1896-cı ildən mövcuddur. Bu bölmə şəhər planının təsdiq edilməsi, sənaye müəssisələrinin tikinti planının qurulması, administrativ və ictimai binaların qurulması ilə məşğul olurdu.1893-cü ildən su təminatı ilə Bakı Şəhər Komissiyası məşğul olurdu. Su kəmərinin tikintisi üzrə bölmə isə 1912-ci ildə yaradılmışdır. 90-cı illərin əvvəllərində qurulmuş sanitar büro 1903-cü ildə tibbi büro ilə əvəz edilmişdir.1898-ci ildə İdarə yanında istismar bölməsi yaradılmış, bu bölmə isə şəhər nəqliyyatının və telefon şəbəkəsi istismarı ilə məşğul olurdu.İdarənin struktur bölmələrindən biri statistik bölmə idi. Statistik bölmə haqqında ilk xatırlamalar 1904-cü ilin arxiv sənədlərində rast gəlinir. Burada müxtəlif mövzularla bağlı, statistik xarakter daşıyan sənədlər saxlanılırdı. 1905-1907-ci illər ərzində 1905-ci il hadisələri zamanı zərərçəkmişlərə yardım göstərilməsiylə bağlı Komitə mövcud idi. 1-ci dünya müharibəsi ilə əlaqədar olaraq idarədə xəstə və əlil döyüşçülərə yardım etmək üçün Bakı Şəhər Komitəsini yaradılmışdır (1914-1916-cı illər). İdarənin digər bölməsi - Satış bölməsi çörəyin, şəkərin, əhaliyə qida məhsullarının satılması məsələləri ilə məşğul olurdu.Şəhər idarəsi yanında Bakı şəhərinin abadlığı üzrə şəhər icra komissiyası yaradılmışdır. Bu qurum 1912-ci ildə təşkil edilmişdir. 1918-ci il aprelin 20-də Bakı şəhər inqilabdan müdafiə komitəsinin Şəhər dumasının buraxılmasıyla bağlı dekreti dərc edilmişdir. Dekretdə deyilirdi: "İndiki Şəhər dumasının tərkibinin əhalinin iradəsi və maraqları ilə uyuşmaması, şəhər idarəsinin mürəkkəb və məsuliyyətli işini aparmaq qabiliyyətində olmaması səbəbilə Bakı şəhər duması buraxılmalıdır”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !