• $
  • €
  • ₽
  • ₺
  • £

Əfv Komissiyasının iclasları başlayır - Yenilənib

Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
08.02.2025 12:21
 Gələn həftədən Əfv Komissiyasının iclasları başlayacaq. Bunu Əfv Komissiaysının üzvü "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev anews.az-a açıqlamasında deyib.
 
22 yanvar saat 13:15
 
Hüquq müdafiəçisi yaxın günlərdə əfv sərəncamı ilə bağlı iclasların başlaya biləcəyini deyir, Əfv Komissiyasının üzvləri isə bunu təsdiq etmir.
 
Belə ki, hüquq müdafiəçisi Novella Cəfəroğlu anews.az-a açıqlamasında bildirib ki, iclasların başlanması ilə bağlı informasiya əldə ediblər. 

"Eşitmişik ki, əfv komissiyası bu yaxınlarda yığışacaq. Daha dəqiq məlumatlı deyilik", - o bildirib. 
 
Əfv Komissiaysının üzvü "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bu faktı təsdiq etməyib. 
 
"İclasların başlanması ilə bağlı bizdə məlumat yoxdur. Əgər belə bir qərar verilərsə məlumatlı olardıq", - Nuriyev əlavə edib. 
 
Əfv Komissiyasının digər üzvü deputat Zahid Oruc da bu xəbəri təkzib edib. 
 
"Bu məlumatlardan hardan yayılır bilmirəm. Amma bu xəbər doğru deyil", - o əlavə edib. 
 
Sonuncu Əfv sərəncamı 2023-cü il mayında Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə qəbul olunub. Bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycanın tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.
 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol