Bakının mərkəzində velosipedlərə qadağa

18:27 | 08.07.2014
Bakının mərkəzində velosipedlərə qadağa

Bakının mərkəzində velosipedlərə qadağa

“Xoşbəxtlikdən hər şey ciddi xəsarətsiz ötüşdü”.

“Torqovı”da sakit gəzintilərə son qoyulub.

Oxu.Az xəbər verir ki, bu sözlərlə Day.Az-ın redaksiyasına özünü Samir kimi təqdim edən daimi oxuculardan biri müraciət edib.

Gəzinti təhlükəsiz deyil – velosipedçilərin əlindən gəzməyə imkan yoxdur. “Torqovı”da eninə-boyuna velosiped sürürlər, heç uşaq arabası ilə gəzən qadınlara belə məhəl qoymurlar.

Bu yaxınlarda 4 yaşlı oğlumla “Torqovı”ya gəzməyə çıxmışdım. Yanımızdan velosipedçi şütüyüb keçdi, təkəri yüngülcə ayağıma dəydi. Xoşbəxtlikdən hər şey ciddi xəsarətsiz ötüşdü. Amma mənim yerimdə oğlum ola bilərdi. Keçən ilin yayında bu küçədə belə biabırçılıq yox idi. Nəyə görə velosipedçilərə ictimai yerdə sərbəst velosiped sürməyə icazə verilir? Xahiş edirəm, bu məsələni qaldırın!”, - məktubda qeyd olunub.

Şərh üçün Day.az-ın müraciət etdiyi Bakı şəhəri İcra Hakimiyyəti yanında Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov bildirib ki, əhalinin toplandığı yerlərdə velosiped sürmələrinə icazə yoxdur.

“Hətta “Yol hərəkətinə dair” Azərbaycan Respublikası qanununda velosipedçilərin xüsusi velosiped yolları ilə hərəkət etməli olduqları göstərilib, əgər belə yollar yoxdursa hərəkət yolunun kənarı ilə, piyadalara mane olmamaq şərti ilə hərəkət etməli olduqları deyilir.

Biz yerli administrasiyaya velosipedçilərə nəzarəti gücləndirmək barədə göstəriş verə bilərik, onlara insanların istirahətini pozduqlarını anlatmaq olar. Bununla əlaqədar ən yaxın zamanda məktub hazırlayıb göndərəcəyik. Əlbəttə uşaqla gəzdiyin zaman yanından, ona təhlükə yaradacaq yüksək sürətlə velosipedçinin ötüb keçməsi xoş hal deyil”, - həmsöhbətimiz bildirib.

Ə.Bağırov eləcə də qeyd edib ki, bu gün Bakıda velosipedçilər üçün bütün şərait yaradılıb. Bulvarın yeni hissəsində və Şıx qəsəbəsi ərazisində onlar üçün xüsusi cığırlar salınıb. İH nümayəndəsi velosipedçilərə velosiped sürmək üçün bu cığırlardan istifadə etməyi tövsiyə edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür