Bakının parklarında pulsuz Wi-Fi olacaq

11:00 | 21.04.2014
Bakının parklarında pulsuz Wi-Fi olacaq

Bakının parklarında pulsuz Wi-Fi olacaq

Nazirlik planlarını açıqladı.“Bakı-2015” Birinci Avropa Oyunlarının keçirildiyi dövrdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi telekommunikasiya infrastrukturunun davamlı işini təmin edəcək.Bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov 2014-cü ilin birinci rübünün yekunları üzrə nazirliyin kollegiya iclasında deyib.Onun sözlərinə görə, nazirliyin planlarına əsasən, qarşıdakı işlər çərçivəsində yeni optik rabitə xəttinin çəkilişi və mis telekommunikasiya infrastrukturunun yaradılması planlaşdırılır.Optik xəttin ümumi uzunluğu 230 kilometr, mis telekommunikasiya infrastrukturunun uzunluğu isə 70 km-ə yaxın təşkil edəcək. Xətlər bilavasitə yarışların keçiriləcəyi yer, eləcə də digər təşkilati yerlər istiqamətində çəkiləcək. Onların arasında məlumatların verilməsi sürəti 1-dən 10 giqabit/saniyəyədək olacaq. Tikinti üzrə bütün işlər 2015-ci ilin fevralınadək başa çatmalıdır.Nazir müavininin sözlərinə görə, işlər çərçivəsində ISDN xidmətləri tətbiq ediləcək, internetə giriş infrastrukturu genişləndiriləcək, ictimai yerlərdə (parklarda, stadionlarda, ticarət-əyləncə mərkəzlərində) ödənişsiz Wi-Fi şəbəkəsi açılacaq. Eləcə də teleradio verilişlərinin (eləcə də HD formatında yayımın təşkili) keyfiyyətli və davamlı infrastrukturun təşkili üzrə işlərin görülməsi planlaşdırılır. Keyfiyyətli videoaxının təşkili məqsədilə birbaşa beynəlxalq rabitə kanalı və ayrıca optik-lif şəbəkə işə salınacaq. Bundan əlavə, “Azerspace-1” telekommunikasiya peykinin resurslarından da istifadə olunacaq.Məmmədov qeyd edib ki, Azərbaycanın mobil operatorlarına tapşırılıb ki, mobil rabitənin etibarlı və möhkəm işini (2G, 3G, 4G, eləcə də rouminq qismində) təmin etsinlər.Bakıda Olimpiya stadionu ərazisində mobil rabitə infrastrukturunun yaradılması üzrə bütün işlər “Azercell Telecom” şirkətinə həvalə edilib. O, həmçinin digər operatorların, eləcə də “Bakcell” və “Azerfon”un öz avadanlıqlarına qoşulması imkanını təmin etməlidir. Hazırda “Azercell”in avadanlıqları artıq paytaxtın Gimnastika Arenasının ərazisində quraşdırılıb.Qonaqların telefonlarının mobil şəbəkəyə qoşulması üçün “Azerfon” mobil operatorunun nömrələrindən istifadə olunacaq. Şirkətin üzərinə həmçinin keyfiyyətli mobil rabitənin təşkili öhdəçiliyi qoyulub.“Bakı-2015” Avropa Oyunlarının keçirildiyi dövrdə Məlumat Xidmətləri Mərkəzi işə salınacaq və o, bütün sutka ərzində müxtəlif dillərdə xidmət göstərəcək. “Bulud texnologiyaları”ndan geniş istifadə olunacaq. Habelə “Bakı-2015” Birinci Avropa Oyunlarına həsr edilmiş poçt markalarının buraxılışı da nəzərdə tutulub.İ.Məmmədovun sözlərinə görə, radiotezlik spektrinin mühafizəsi mühüm məsələlərdən biridir. Azərbaycanda Avropa oyunları keçirilənədək təxminən səkkiz min (30 meqaherstdən 3 giqaherstədək işləyən) radiotezlik kanalın ayrılacağı gözlənilir:“Tezliklərin xarici təsirlərdən qorunması belə irimiqyaslı tədbirlərin keçirilməsində nisbətən daha risk tələb edən elementdir. Məsələn, London Olimpiadası zamanı tezliklərin qorunması üçün xüsusi texnologiyalardan istifadə edilmişdi, eləcə də Avropanın bir çox ölkələrindən mütəxəssislər və yardım qrupları cəlb edilmişdi”.Kiberhücumlardan müdafiə qarşıdakı “Bakı-2015” Birinci Avropa Oyunlarının təhlükəsizliyinin mühüm aspektlərindən biridir. Nazirliyin planlarına görə, şəbəkə infrastrukturunun (eləcə də dövlər strukturlarının və başqa müəssisələrin saytlarının) möhkəmliyinin təmin edilməsi üçün dünyanın müxtəlif ölkələrindən mütəxəssislər və yardım qrupları cəlb olunacaqlar. (Trend).ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti