Bakının yenə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

18:05 | 16.12.2013
Bakının yenə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının yenə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının əsas küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, məhdudiyyət dekabrın 16-dan 18-nə qədər tətbiq olunacaq. Məhdudiyyətin tətbiqi dekabrın 17-də Bakıda Transadriatik qaz kəməri (TAP - Trans Adriatic Pipeline) layihəsi üzrə sazişin imzalanması mərasiminə qatılacaq qonaqların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Bu müddətdə paytaxtın “Heydər Əliyev” Beynəlxalq Hava Limanından şəhər istiqamətinə, Heydər Əliyev prospekti, 10-cu zavod dairəsi, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəsul Rza küçələri, “Azadlıq” və “Neftçilər” prospektləri, "Azneft" meydanı, Niyazi, İstiqlaliyyət, 10-cu park, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn küçələri, eləcə də Mərdəkan dairəsi, Mərdəkan şosesi, Buzovna dairəsi, Zuğulba prospekti istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyətlər qoyularaq istiqamət dəyişdiriləcək. V. Əsədov göstərilən istiqamətlər üzrə sürücülərdən şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi tövsiyə edib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM