"Bakı-2015"ə nə qədər pul ayrılıb?
!["Bakı-2015"ə nə qədər pul ayrılıb? "Bakı-2015"ə nə qədər pul ayrılıb?](https://anews.az/photo/850x500//2014-10-14/51707.jpg)
Gələn il Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının keçirilməsi üçün 1,3 milyard manat sərf ediləcək.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd olunan məbləğ idman infrastrukturlarının yaradılması, hazırlıq və digər təşkilatı işlərlə bağlı xərclərə ayrılacaq.2015-ci ildə dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üçün 347,7 milyon manat vəsait ayrılıb. Bu, 2014-cü illə müqayisədə 36,3 milyon manat və yaxud 11,7 faiz, 2013-cü ilin faktiki icra göstəricilərinə nisbətən isə 72,8 milyon manat və ya 26,5 faiz çoxdur.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)