• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

15 iyun - Bakı-2015-də gözlənilən YARIŞLAR

15 iyun - Bakı-2015-də gözlənilən YARIŞLAR
15.06.2015 10:24
Avropa Oyunlarında qadın güləşçilərin mübarizəsinə start verilir.

ANS PRESS baş tutacaq yarışları təqdim edir.

Güləş: saat 10:00-dan 

Qadınlar arasında 48 kq, 55, 60, 69 kq çəki dərəcəsində Sərbəst üsulla təsnifat yarışları. Əsas iddiaçılar sırasında Azərbaycan idmançıları yer alır. 

Avarçəkmə, saat 10:00-dan 

Ed Makkever (GBR) 2012-ci il London Olimpiya Oyunlarında kişilər arasında 200 m məsafəyə kayak-təkbətək yarışında Saul Kraviotto (ESP) üzərində qələbə qazanaraq qızıl medalı əldə edib. Rəqiblər sonuncu dəfə 2014-cü ildə Moskvada keçirilən Dünya Çempionatının finalında qarşılaşıb. Orada onların hər ikisi 34.270 saniyə nəticə göstərərək üçüncü yeri paylaşıblar. Bazar ertəsi onlar Bakı 2015-də Mingəçevirdə eyni kateqoriyalı yarışda qarşılacaqlar.

Sinxron üzgüçülük, saat 10:00-dan 

Sinxron üzgüçülük üzrə ilk medalçılar bazar ertəsi səhər saatlarında müəyyən ediləcək. Duetlərin sərbəst yarışında rusiyalı cütlük Valeriya Filenkova və Dariya Kulagina favorit hesab olunur. Onların günorta saatlarında baş tutacaq komandalar arasında sərbəst növ üzə final yarışlarında qızıl medal qazanacaqları gözlənilir.

İdman gimnastikası, saat 10:00-dan 

İdman gimnasikası üzrə kişilər və qadınlardan ibarət komandalararası final yarışlarının sonuncu günündə Rusiya qızıl medal qazanmaq niyyətindədir. Yarışlar Milli Gimnastika Arenasında baş tutacaq. 

Su polosu, saat 09:30-dan 

Nadine Hartviq üzvü olduğu Almaniya komandasının su polosu üzrə qrup mərhələsində Yunanıstana qarşı oyununda daha bir möhtəşəm qələbəyə ümid edir. Bu oyun, növbəti mərhələyə hansı komandanın keçəcəyini müəyyən etmək üçün böyük əhəmiyyətə malikdir. Hartviq bazar günü İsrail üzərində 10-1 hesablı qələbə ilə başa çatan oyunda dörd qola imza atıb. Almaniyanın qələbəsi onların növbəti mərhələyə keçməsinə kömək edə bilər.

Voleybol, saat 19:00-dan 

Qadınlar arasında Avropa çempionu olan Rusiya komandası B qrupunda Bolqarıstanla görüşəcək. Bundan əvvəl Hollandiyaya məğlub olan ruslar növbəti oyunda qələbə zolağına qayıdacağına ümid edir. Oyunlar Kristal Zal 1-də keçiriləcək. 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda əl qumbarası tapılıb
Baku 2015 11:01
Bakıda əl qumbarası tapılıb
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
12:18
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
Bədii gimnastımız  Azərbaycan millisinə 35-ci medalı qazandırıb
Baku 2015 12:06
Bədii gimnastımız Azərbaycan millisinə 35-ci medalı qazandırıb
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Baku 2015 11:29
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Bakıda olimpiada həyəcanı
Baku 2015 11:28
Bakıda olimpiada həyəcanı
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Baku 2015 11:28
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
11:25
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
I Avropa Oyunları ilə bağlı müşavirə keçirildi
Baku 2015 11:21
I Avropa Oyunları ilə bağlı müşavirə keçirildi
Azərbaycanın 5 boksçusu
Baku 2015 11:06
Azərbaycanın 5 boksçusu "Bakı 2015"in yarımfinalına yüksəldi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol