Bakıdan qayıdan ermənilərə kef məclisi... - FOTOLAR
Bu gün İrəvanda Bakıda keçirilən Avropa oyunlarından geri qayıdan erməni güləşçilərin şərəfinə ziyafət verilib.
ANS PRESS-in məlumatına görə, ziyafəti Ermənistan Milli Olimpiya Komitəsinin başçısı Qaqik Sarukyan özünə məxsus "Faraon” kompleksində təşkil edib.
Qaqik Sarukyan Avropa oyunlarında erməni güləşçilərin iştirakını, xüsusilə də onlardan birinin gümüş medal almasını böyük qiymətləndirib.
"Bizim uşaqlar qəhrəmandır. Məndən ötrü bu medal böyük qələbədir. Bakıya getməyin özü əsil kişilikdir. Mən şadam ki, bizim uşaqlar iştirak etməklə yanaşı həm də Bakıda Ermənistanın bayrağını qaldırdılar”,- deyə Qaqik Sarukyan vurğulayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV
Rəsmi Youtube kanalımız