Bakı-2015: Teymur Məmmədov 1/8 finala yüksəldi, rəqib erməni ola bilər - YENİLƏNİR
![Bakı-2015: Teymur Məmmədov 1/8 finala yüksəldi, rəqib erməni ola bilər - YENİLƏNİR Bakı-2015: Teymur Məmmədov 1/8 finala yüksəldi, rəqib erməni ola bilər - YENİLƏNİR](https://anews.az/photo/850x500/2015-06/1434617645_8-1.jpg)
Bakı-2015 Avropa Oyunlarında boks yarışları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün 1/16 mərhələsinin növbəti görüşləri keçiriləcək.
Azərbaycan boksçuları da məhz bu gündən rinqə çıxacaqlar. Yığmamızın 2 idmançısı rəqibini mübarizədən kənarlaşdırmağa çalışacaq.
Boks
Kişilər
64 kq
Bu çəki dərəcəsində ölkəmizi Lorenzo Sotomayor təmsil edəcək. Yığmamızın üzvü 1/16 final mərhələsində sloveniyalı Edin Sejdinoviçlə qarşılaşacaq. Görüş saat 18:15-də başlayacaq.
81 kq
Bu dəfə 81 kq çəki dərəcəsində çıxış edən Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov Oyunlara 1/16 finaldan start verib. Həmyerlimiz ilk sınaqda Böyük Britaniya təmsilçisi Coşua Buatsi ilə gücünü yoxlayıb və hər 3 raunda rinqdən qalib ayrılıb – 3:0.
Onun rəqibi Yordan Kulinski (Polşa) - Nikol Arutyunov (Ermənistan) cütünün qalibi olacaq.
Qeyd edək ki, Azərbaycan boks yığması yarışda bütün çəki dərəcələrində təmsil olunur. Komandamızın heyətində 10 kişi, 5 qadın boksçu millimizin aktivindəki medal sayını artırmağa çalışacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)