• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

"Bakı-2015"in bağlanış mərasimi açılışdan fərqli olacaq"

19.06.2015 14:19
Birinci Avropa Oyunlarının bağlanış mərasimi ilə əlaqədar sirrləri aça bilməyəcəm. Sadəcə onu deyə bilərəm ki, bu mərasim açılışdan fərqli olacaq. Hətta səhnə fokusu da fərqlənəcək".

Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu "Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, I Avropa Oyunlarının təşkilatçılıq səviyyəsindən məmnun qaldığını bildirib: "Mən çox məmnunam. Qısa müddət ərzində görülən işlərin nəticəsidir ki, hər şey insanların ürəyincədir. Bütün günü pərdə arxasındakı işlərlə maraqlanıram. Jurnalistlərin və bir çoxlarının görmədikləri məkanlara baş çəkirəm. Pərdə arxasında çox gərgin iş gedir. Bütün əziyyəti keçən insanlara dərin təşəkkürümü çatdırıram. Çünki çox nümunəvi iş görürlər. Ümumilikdə çox məmnunam və fəxarət hissi keçirirəm ki, Oyunlar məhz burada keçirilir.

Tamaşaçıların iştirakından da məmnunam. Baxmayaraq ki, bu, Azərbaycan üçün yeni bazardır. Belə bir tədbirlərə bilet almaq ənənəsi tədricən insanlara aşılanır. Ona görə də yaxşı plan tərtib etmişdik. Biletlərin qiyməti ucuzdur. Hətta 16 yaşına qədər olan uşaqlar məkanlara pulsuz buraxılırlar. Eyni zamanda, fiziki cəhətdən məhdudiyyətləri olan şəxslər də yarışları pulsuz olaraq canlı izləyə bilərlər".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda əl qumbarası tapılıb
Baku 2015 11:01
Bakıda əl qumbarası tapılıb
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
12:18
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
Bədii gimnastımız  Azərbaycan millisinə 35-ci medalı qazandırıb
Baku 2015 12:06
Bədii gimnastımız Azərbaycan millisinə 35-ci medalı qazandırıb
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Baku 2015 11:29
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Bakıda olimpiada həyəcanı
Baku 2015 11:28
Bakıda olimpiada həyəcanı
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Baku 2015 11:28
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
11:25
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
I Avropa Oyunları ilə bağlı müşavirə keçirildi
Baku 2015 11:21
I Avropa Oyunları ilə bağlı müşavirə keçirildi
Azərbaycanın 5 boksçusu
Baku 2015 11:06
Azərbaycanın 5 boksçusu "Bakı 2015"in yarımfinalına yüksəldi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol