Balakəndə fərdi yaşayış evini ildırım vurub.
"Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Xalatala kəndində baş verib.
Kənd sakini Ruslan Maçanova məxsus evə ildırım düşərək evin elektrik sistemini tamamilə sıradan çıxarıb.
Nəticədə ev sahibinə təxminən 7-10 min manat məbləğində maddi ziyan dəyib.
Daha sonra ildırım topu divarı dağıdaraq evdən çıxıb və yaxınlıqdakı ağacı vurub.
Hadisə zamanı ailə üzvləri evdə olsalar da, xoşbəxtlikdən xəsarət alan olmayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !