• $ 1.7
  • € 1.8453
  • ₽ 1.9383
  • ₺ 0.0465
  • £ 2.1921

Balakəndə yanğın təhlükəli marketin fəaliyyəti dayandırılıb

Balakəndə yanğın təhlükəli marketin fəaliyyəti dayandırılıb
04.02.2025 11:30
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu barədə FHN-dən bildirilib. 

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Balakən şəhərində yerləşən "Balməkan” marketində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə mövcud olan avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi nasaz vəziyyətdədir;

- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib, elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;

- obyekt odsöndürən balonlarla təmin olunmayıb;

- obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Balakən şəhərində yerləşən "Balməkan” marketinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
Cəmiyyət 00:01
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
Kürdəmirdə kişi qatarın altında qalaraq ölüb
Cəmiyyət 22:34
Kürdəmirdə kişi qatarın altında qalaraq ölüb
Ramazanın 13-cü gününün duası,imsak və iftar vaxtı
Cəmiyyət 21:15
Ramazanın 13-cü gününün duası,imsak və iftar vaxtı
Sumqayıtda qarajda yanğın olub - Video
Cəmiyyət 20:55
Sumqayıtda qarajda yanğın olub - Video
Dövlət Gömrük Komitəsinin sədrinə yeni müavin təyin edilib
Cəmiyyət 20:17
Dövlət Gömrük Komitəsinin sədrinə yeni müavin təyin edilib
Sabah İmişlidə 700-ə yaxın abonentin qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 20:14
Sabah İmişlidə 700-ə yaxın abonentin qaz təchizatında fasilə yaranacaq
ADY yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 19:54
ADY yol hərəkəti iştirakçılarına müraciət edib
Bakıda sürücünü döyüb, avtomobilə ziyan vuran şəxslər həbs edilib
Cəmiyyət 19:28
Bakıda sürücünü döyüb, avtomobilə ziyan vuran şəxslər həbs edilib
Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Cəmiyyət 18:40
Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol