Bağlanan banklarla bağlı yeni qərar

18:26 | 16.07.2015
Bağlanan banklarla bağlı yeni qərar

Bağlanan banklarla bağlı yeni qərar

Bakı Fond Birjası QSC (BFB) bağlanan bağlana banklarla bağlı qərar qəbul edib.
 
ANS PRESS-in məlumatına görə, BFB "EvroBank" və "Azərbaycan Kredit Bankı" ASC-lərin lisenziyalarının ləğv edilməsinin qiymətli kağızlar ilə ticarət üçün, eləcə də investorların mənafelərinin qorunması üçün mühüm fakt olmasını nəzərə alaraq, Bakı Fond Birjası QSC (BFB) müvafiq sorğuların cavablandırılmasınadək hər iki qurumun qiymətli kağızları ilə mütəşəkkil ticarəti dayandırıb.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı idarə heyətinin 10 iyul 2015-ci il tarixli 27 saylı qərarı ilə məcmu kapitalın minimal məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirmədiyinə görə "EvroBank" ASC-nin və "Azərbaycan Kredit Bankı" ASC-nin bank lisenziyaları ləğv edilib.

Bank lisenziyasının ləğvi barədə qərar iyulun 16 -da qüvvəyə minəcək. Məlumat verildiyi kimi, iyulun13-dən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "Azərbaycan Kredit Bankı” ASC-yə təyin olunmuş müvəqqəti inzibatçı bankda idarəetməni həyata keçirir.

Azərbaycan Respublikası Mərkəzi Bankı bir daha bildirir ki, "Azərbaycan Kredit Bankı”nda əhalinin əmanətləri üçün heç bir təhlükə yoxdur və onların tam məbləğdə qaytarılması üçün bankda yetərli likvid vəsaitlər mövcuddur.

Hazırda bankda əhalinin əmanətlərinin geri qaytarılması prosesi gedir.

Qeyd edək ki, bundan öncə də bir bankın lisenziyası ləğv edilib. Mərkəzi Bank qeyd edilən hədəflər də nəzərə alınmaqla əhalinin əmanətlərinin və digər kreditorların vəsaitlərinin təhlükəsizliyinin təmin edilməsi, bank sektorunun sabitliyinin və ona etimadın qorunması məqsədilə problemli, adekvat kapitallaşmamış, prudensial fəaliyyət göstərməyən bankların fəaliyyətinin məhdudlaşdırılmasıvə sistemdən kənarlaşdırılması üzrə davamlı olaraq tədbirlər görür.

Bu istiqamətdə növbəti addım olaraq qeyd olunan prinsipləri rəhbər tutaraq Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 10.07.2015-ci il tarixli iclasında
"EvroBank” ASC-nin bank lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edilib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM