B.Əşrəfov "Ölkə.Az"-ın əməkdaşı ilə söhbətində qeyd edib ki, İ.Abdullayev onun ən sevdiyi şərhçidir:
"Azərbaycanda xeyli futbol şərhçisi var ki, mən onların içində yek İsmayılı görürəm. İsmayıl ən zəif oyunu da maraqlı şərh edir, adama elə gəlir ki, sürətli oyun gedir. Bəzi şərhçilər ən sürətli oyunu da maraqsız aparırlar. Bildiyimə görə onu irqçilikdə ittiham edirlər. Rusiyanın məşhur şərhçisi Nikolay Ozerov ağzından elə söz qaçırıb ki, kimsə buna görə onu ittiham etməyib. Belə gözəl kadrı, şərhçini sevdiyi işdən uzaqlaşdırmaq məgər çox böyük qəhrəmanlıqdır? Onsuz da futbolumuz ləngdir, zəifdir. Belə şərhçiləri uzaqlaşdırmağın nə mənası var?".
Baloğlan əşrəfov AzTV-nin sədr əvəzi Rövşən Məmmədova İ.Abdullayevlə bağlı müraciət edib:
"Sizin vasitənizlə Rövşən müəllimdən xahiş etmək istəyirəm. Rövşən müəllim, futbolu hamımız sevirik. Amma bu işin təbliğatı zəif gedir. Çünki telekanallarda yetərincə reklam etmirlər. Futbolu bizə sevdirən şərhçiləri işdən kənarlaşdırmaq, oyunları ləng aparıcılara tapşırmaq, futbola "Allah rəhmət eləsin" demək kimi bir şeydir. Ancaq mən çox istərdim ki, idman kanalında bütün əməkdaşlar idmanı, futbolu bilən kadrlar olsun. O kadrlar futbolu sevməli, onunla yaşamalıdırlar. İsmayıl futbolu zəng edəndə elə bilirsən ki, stadiondasan. İsmayılı efirdən uzaqlaşdırılmağın adını irqçilik qoyublar. Onsuz da bizə qarşı elə hərəkətlər edirlər. Pah atonnan, irqçilik edibmiş. Bütün gün Azərbaycanı söyürlər, min cür haqsızlıqlara məruz qalırıq. Buna görə şərhçiyə qadağa qoymaq olar. Mən cənubluyam, İsmayılın heç hansı regiondan olduğunu da bilmirəm. Sadəcə, İsmayıl şərhçiliyi ilə mənim futbola olan marağımı bir az da artıb".
Qeyd edək ki, "İdman Azərbaycan” telekanalı vasitəsiylə canlı yayımlanan "Mançester Yunayted” - "Çelsi” matçı zamanı irqçiliyə yol verdiyinə görə İ.Abdullayrb bir ay müddətinə efirdən uzaqlaşdırılıb. O, bu barədə sosial şəbəkədə yazıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !