Tanınmış müğənni, əməkdar artist Baloğlan Əşrəfov Avropa Liqasının qrup mərhələsində 5-ci tur çərçivəsində keçiriləcək "Qarabağ” – "Sportinq” oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsini tənqid edib.
"Bakı Olimpiya Stadionunda gedən oyuna baxmaqdansa, televizorun qarşısında oturub yaxından oyunçuları görmək daha şərəflidir. Hamı bilir ki, oyunlara stadiondan baxan müğənnilərdənəm. Digər stadionlarda tribunayla meydança çox yaxındır, oyuna da baxanda ləzzət alırdım. Niyə gedib iki kilometr uzaqdan oyuna baxmalıyam?
Bakı Olimpiya Stadionunda çıxış edən komanda öz meydanında oynamağını da hiss etmir. Elə bil başqa yerdə oynayır. Komanda o hissi, həyəcanı tamaşçıdan ala bilmir”.
Qeyd edək ki, "Qarabağ” səfərdə "Sportinq”ə 1:6 hesabı ilə uduzub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !