İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) "Bank of Azerbaijan” ASC-ni məhkəməyə verib.
"Report”un xəbərinə görə, SKMF kredit, faiz və cərimə borclarının ödənilməsi barədə iddia qaldırıb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib.
Bakı Apellyasiya Məhkəməsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin aktını ləğv edərək yeni qətnamə qəbul edib.
Azərbaycan Ali Məhkəməsi isə işi təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !