Cari il aprel ayının 28-də keçirilən Bank of Baku ASC-nin Müşahidə Şurasının iclasında bankın yeni İdarə Heyətinin Sədri vəzifəsinə Abbas İbrahimovun təyin edilməsi qərarı verilmişdir. Abbas İbrahimov may ayının 1-dən etibarən yeni səlahiyyətlərinin icrasına başlayacaq.
Bank of Baku-nun fəaliyyətində əvəzsiz əməyi olan eks-sədr Fərid Hüseynov tutduğu vəzifədən öz xahişi əsasında azad edilmişdir və peşəkar fəaliyyətinə digər maliyyə qurumda davam edəcəkdir.
Abbas İbrahimov 1999-2003-cü illərdə Türkiyənin Ankara Universitetində İş iqtisadiyyatı üzrə bakalavr dərəcəsini, 2003-2005-ci illərdə isə İstanbul Texniki Universitetində Biznes inzibatçılığı üzrə Maqistr dərəcəsini almışdır. Bankdakı iş fəaliyyətinə 2005-ci ildə başlayan Abbas İbrahimov, bir müddət sonra şöbə müdiri, daha sonra isə departament direktoru vəzifəsinə qədər yüksəlmişdir. 2010-cu ildə isə Bank of Baku-nun İdarə heyəti sədrinin müavini, pərakəndə sahə üzrə idarə heyətinin üzvü vəzifəsinə təyin edilmişdir.
1994-cü ildə təsis edilmiş Bank of Baku hal-hazırda Azərbaycanın aparıcı banklardan biri olmaqla ölkəmizin 10 aparıcı bankların sırasına daxildir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !