Bank of Baku-dan birdən birə 5 sürpriz

15:43 | 23.09.2015
Bank of Baku-dan birdən birə 5 sürpriz

Bank of Baku-dan birdən birə 5 sürpriz

Azərbaycanın ilk hissə-hissə ödənişli kredit kartı olan Bolkart müştərilərin tələb və istəklərini nəzərə alaraq bazarda daha bir yeniliyə imza atır. 

Yenilikçi strategiyasının davamı olaraq Bank of Baku, Bolkart layihəsi çərçivəsində HƏR KƏSƏ ÖZƏL 5 YENİ BOLKARTINI təqdim edir: Bolkart GƏNC, Bolkart AİLƏ, Bolkart BUSINESS, Bolkart GOLD, Bolkart DIAMOND.

Bənzər kartlardan əhəmiyyətli dərəcədə fərqlənən yeni Bolkartlar müştərilərinə aşağıdakı əsas üstülükləri təqdim edəcək. Belə ki, yeni Bolkartlara sahib olmaqla Siz:

1. Mağazada və ya internetdə bolkartla ödəniş zamanı Ballar toplayıb, onlardan alış-veriş zamanı istifadə edə bilərsiniz. Məs. kartınızda 100 bal varsa, deməli Siz Bolkart partnyor mağazalarında bu ballardan istifadə edib 100 azn-lik alış-veriş edə bilərsiniz.

2. Kartdakı məbləğin müvafiq hissəsini daim nağdlaşdıra bilərsiniz. Artıq kampaniyaları gözləməyə ehtiyac yoxdur.

3. Ödəniş tarixini dəyişdirə bilərsiniz. Məs. ödənişi 1-10 tarixləri arasında deyil, 11-21 tarixləri arasında və s. edə bilərsiniz.

4. Ailə üzvləri üçün öz Bolkart limitinizə bağlı əlavə Bolkart ala bilərsiniz.

5. Xüsusi dizaynlı karta sahib ola bilərsiniz.

Bank of Baku-nun reklam və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nigar Tahirovanın sözlərinə görə yeni Bolkartlar müxtəlif müştəri auditoriyasının istək və tələbatı nəzərə alınaraq hər biri üçün özəl hazırlanıb və bazarda rəqib kartları tamamilə üstələyəcək: "Azərbaycanın ilk hissə-hissə ödənişli kartı olan Bolkart 4 il ərzində yüz minlərlə müştərinin rəğbətini qazana bilib. Düşünürəm ki, yeni Bolkartlar çox qısa zamanda ölkəmizin ən sevimli kartlarına çevriləcək. Bir neçə gün öncə bir sıra reklam daşıyıcılarında görünən "Birdən-birə 5 sürpriz” sloqanlı reklam yeni Bolkartların buraxılış kampaniyası ərəfəsində atılan ilk addımlardan biri idi. Qeyd edim ki, bu reklam sosial şəbəkələrdə və KİV-də böyük marağa səbəb olmuşdur. Belə ki, yeni Bolkart sahiblərini kartlarına özəl bir sıra üstünlüklər gözləyir. Məs. millər qazanıb pulsuz aviabilet almaq imkanı, pulsuz səyahət sığortası və s. Yeni kartlarla bərabər bolkart istifadəçiləri üçün yenilənmiş və istifadəsi çox rahat olan veb sayt, aktiv mobil istifadəçiləri üçün isə xüsusi mobil əlavə və digər yeniliklər də hazırlanmışdır. Bizə etibar edən, dəyərli sadiq müştərilərimiz sayəsində liderliyini qoruyan Bolkart qısa zamanda müştərilərini fərqli layihə və kampaniyaları ilə də sevindirəcək. Qeyd edim ki, bu layihə çərçivəsində ilk uduşlu kampaniyamız gələn həftə Bolkart Facebook rəsmi səhifəmizdə aktiv olacaq. İlk 100 yeni Bolkart sahiblərini hədiyyələr gözləyir!”

Məlumat üçün bildirək ki, yeni Bolkartlar ilkin olaraq yalnız Bankın Baş idarəsinin müştəri xidmətləri departamenti tərəfindən veriləcək, daha sonra isə artıq bankın bütün filiallarında bu

kartları əldə etmək mümkün olacaq. Əvvəlki Bolkarta sahib olan müştərilər banka yaxınlaşmaqla kartını dəyişdirə bilər. Yeni kart sifariş etmək istəyən müştərilər isə www.bolkart.az, www.facebook/bolkart rəsmi səhifələrdən onlayn sifariş edə və yaxud bankın istənilən filialına yaxınlaşa bilər.

Daha ətraflı:

145 məlumat mərkəzi 
www.Bolkart.az 
www.facebook.com/bolkart 
www.instagram.com/bankofbaku
www.twittter.com/bankofbaku 
www.youtube.com/bankofbaku

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM