Bildiyiniz kimi, ABŞ Dollarının və Avronun manata qarşı bahalaşması zamanı əvvəlki tarixlərdə kartlarla xarici valyuta ilə aparılmış əməliyyatlar əvvəlki əməliyyat tarixinə olan məzənnə ilə hesablanmışdır, lakin Bankla tərəfdaşları arasında hesablaşma tarixləri artıq bahalaşma baş vermiş tarixlərə təsadüf etdiyindən, əlavə məbləğlərin silinməsi baş vermişdir.
Bununla bağlı, son günlər Banka daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq, plastik kartlarla xarici valyutada edilən əməliyyatlara aydınlıq gətirmək istərdik.
Bütün beynəlxalq ödəmə kartlarının şərtlərinə əsasən, müştərilərlə hesablaşma, Bankın ticarət müəssisəsini xidmət edən Bankla hesablaşdığı günün məzənnəsinə uyğun olaraq, banka göndərilən maliyyə məktubu əsasında aparılır. Yəni, müştəri ödəniş etdiyi gün ödənişi özünün xidmət olunduğu bank tərəfindən qəbul edilsə də, Bank xarici Bankla hesablaşmaq üçün maliyyə məktubunu gözləyir. Bu məktub 45 günədək göndərilə bilər və göndərildiyi günün məzənnəsinə uyğun hesablaşma aparılmalıdır. Bu dünya təcrübəsidir və bütün bankların plastik kartları ilə əməliyyatlar eyni qaydada aparılır.
Beləliklə, xarici valyutalar ilə 21 fevraldan əvvəl plastik kartlarla ödəniş edən lakin bankların hesablaşması 21 fevraldan sonra olan müştərilərin borclanmasında məzənnəyə görə təbii artım yaranmışdır. Yəni, ABŞ Dolları və Avro Manata qarşı bahalaşdığı üçün, habelə, digər bahalaşan valyutalara görə, müştərilərdən həmin fərq tutulmuşdur.
Müştərilərinə daim dəyər verən, onların məmnuniyyətini üstün tutan Bank of Baku çoxsaylı müraciətləri nəzərə alaraq bu fərqləri öz hesabına geri qaytardı. Beləliklə, 2581 tranzaksiya müştərilərə geri qaytarılmış, onların mobil telefonlarına bu barədə SMS göndərilmişdir!
Ətraflı məlumat: www.facebook.com/Bankofbaku www.facebook.com/Bolkart
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !