• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

“Bank of Baku” www.hesab.az portalı ilə əməkdaşlığa başladı!

“Bank of Baku” www.hesab.az portalı ilə əməkdaşlığa başladı!
29.05.2020 05:04

Artıq “Bank of Baku” müştəriləri və bank məhsullarından bəhrələnmək istəyən hər kəs www.hesab.az  internet portalının elektron xidmətlərindən faydalana bilər. Bu, “Bank of Baku” ilə “Golden Pay” onlayn ödəmə provayderi arasında imzalanmış saziş nəticəsində mümkün olub.  Beləliklə, indi “Bank of Baku” müştəriləri www.hesab.az vasitəsilə aşağıdakı onlayn əməliyyatları rahat həyata keçirə bilərlər:• Kredit ödənişi: onlayn ödəniş bankı ziyarət etmədən, birbaşa evdən və ya ofisdən ödəməyə şərait yaradır. Bu zaman, istənilən bankın kartı ilə “Bank of Baku”-nun eyni valyutada olan kredit ödənişləri əlavə komissiya haqqı tutulmadan edilə bilər• Bolkartla ödəniş: Artıq portalda yalnız MasterCard Bolkartlar yox, bütün Bolkart sahibləri  kommunal, mobil rabitə, internet və digər ödənişlərini həyata keçirə bilərlər.Bolkartla ödənişlər edən şəxs xüsusi aksiya dövründə üç ( 3) qat bonuslar qazanacaq. Bolkartla “Bank of Baku”-nun və digər bankların kredit ödənişlərini etmək mümkün deyil.• Kredit sifarişi : onlayn sifariş banka baş çəkmədən, növbəsiz və vaxt itkisinə yol vermədən kredit almaq imkanı verir.Onlayn ödəniş və kredit sifarişi üçün saytın “Bank və Lizinq” bölməsinə daxil olub, “Bank of Baku”  bölməsini seçmək tələb edilir.www.hesab.az vasitəsilə ödənişlər  sürətli, rahat və təhlükəsizdir. “Hesab.az” portalında aparılan əməliyyatlar zamanı ödənişlərin təhlükəsizliyi müasir şifrələnmə texnologiyaları vasitəsilə yaradılır.“Hesab.az” portalında sadə qeydiyyat prosedurunu keçdikdən sonra hər bir istifadəçi istədiyi zaman bank xidmətlərindən onlayn yararlana bilər. Bunun üçün yalnız istifadə müddəti bitməyən və balansında kifayət qədər vəsaiti olan bank kartı tələb olunur.İnternet portal həftənin 7 günü 24 saat ərzində fəaliyyətdədir.“Bank of Baku” hazırda ölkədə ən çox kredit kartı və hissə-hissə ödəniş kartı olan bankdır. Bankın hal-hazırda 200 minə yaxın Bolkart istifadəçisi mövcuddur.Daha ətraflı: https://www.facebook.com/bankofbaku və ya 145 Məlumat Mərkəzi.ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
İqtisadiyyat 17:56
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
ABB səhmdarlarına 200 000 000 manat
dividend ödəyəcək!
İqtisadiyyat 17:27
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
İqtisadiyyat 14:33
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
İqtisadiyyat 12:37
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və
yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi
İqtisadiyyat 12:24
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi

Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
İqtisadiyyat 12:17
Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
İqtisadiyyat 11:53
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
ABB cari ildə 80 milyon xalis mənfəət əldə edib
İqtisadiyyat 11:51
ABB cari ildə 80 milyon xalis mənfəət əldə edib
İstehlakçılara qaytarılan ƏDV miqdarı açıqlanıb
İqtisadiyyat 11:47
İstehlakçılara qaytarılan ƏDV miqdarı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol