anews.az xəbər verir ki, Nyu Yorkda keçirilən konfransda çıxış edən Ceyms Daymon kriptovalyutaların sonunun yaxşı olmayacağını deyib.
Onun sözlərinə görə, "Bitcoin" "fırıldaqçılıq"dır: "Əgər hər hansı JPMorgan traderi "Bitcoin" əməliyyatında iştirak edərsə, bir saniyə belə düşünmədən onu işdən çıxaracam. "Bitcoin" bizim qaydalarımıza ziddir. "Bitcoin" ətrafında yaranmış ajiotaj XVII əsrdəki "zanbaq maniyası"ndan da pisdir".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !