Dörd ayda istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

09:39 | 15.05.2024
Dörd ayda istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

Dörd ayda istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

2024-cü ilin yanvar-aprelin də Azərbaycanda 9 milyard 248.6 milyon kVt.st  elektrik enerji istehsal olunub ki, ötən ilin eyni dövrü ilə müqayisədə 603,5 milyon kVt.st azdır. Bu barədə Energetika naziri Pərviz Şahbazov X hesabında paylaşımında qeyd edib.
 
4 ayda istehsal edilən elektrik enerjisinin 11%-i bərpa olunan enerhi stansiyalarının (SES, KES, GES, BMTZ), 89%-i isə istilik elektrik stansiyalarının payına düşüb.
 
Belə ki, SES 794,6 milyon kVt.st, KES 21,0 milyon kVt.st, GES 144,4 milyon kVt.st, BMTZ 90,5 milyon kVt.st elektrik enerjisi istehsal olunub. 
 
Şahbazov paylaşımında həmçinin bildirib ki, dörd ayda İES-lər üzrə 8 198 milyon kVt·st, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 464,5 milyon kVt·st artımla 1 050,5 milyon kVt·st elektrik enerjisi istehsal edilib.

2023-cü ildə Azərbaycanda 29 276,6 milyon kVt/saat elektrik enerjisi istehsal olunub ki, bu da 2022-ci ilə nisbətən 272,3 milyon kVt/saat çoxdur. 
 
2022-ci ilin yekunlarına görə, Azərbaycanda elektrik enerjisi istehsalı 2021-ci illə müqayisədə 4% artaraq 28,988 milyard kilovat-saata çatıb.
 
Aygün Mirakif
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM