• $
  • €
  • ₽
  • ₺
  • £

Çin Azərbaycana son 7 ildə 1 milyard dollara yaxın investisiya yatırıb

Çin Azərbaycana son 7 ildə 1 milyard dollara yaxın investisiya yatırıb
08.07.2024 18:06
1995-2023-cü illərdə Çin Azərbaycana 930,8 milyon dollar məbləğində birbaşa investisiya yatırıb. Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda "ŞƏT-in Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi” mövzusunda keçirilən  konfransda deyib.

Onun sözlərinə görə, yatırılan investisyaların 754,1 milyon dolları neft-qaz sektoruna, 176,7 milyon dolları isə qeyri-neft-qaz sektorunun payına düşüb.

"Hazırda ölkəmizdə 245 Çin şirkəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində fəal işləyir Bu ilin yanvar-may ayları ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 faiz artaraq 1,3 milyard ABŞ dolları təşkil edib”, - Abdullayev əlavə edib.

Onun sözlərinə görə, bu ilin yanvar-mayında Azərbaycan və Çin arasında tranzit yükdaşımaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,6% artaraq 178 min ton təşkil edib.

Bundan əlavə,  2024-cü ilin birinci yarısında Azərbaycan və Çin arasında dəmir yolu daşımaları ötən illə müqayisədə 93% artıb.

O, həmçinin iyulun 3-də ölkələr arasında iqtisadiyyat, ticarət, mədəniyyət və turizm sahələrində əməkdaşlıq prinsiplərini əks etdirən "Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”nin imzalandığını xatırladıb.

Bu ilin yanvar-iyununda Çindən Azərbaycana 16 609 turist gəlib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35% çoxdur. Bunu Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov bildirib.

Onun fikrincə,  Azərbaycan Uzaq Şərqlə turizm sahəsində əməkdaşlığı yüksək qiymətləndirir.
 
"Çin vətəndaşları üçün birtərəfli vizasız rejimin tətbiqi bu əməkdaşlığın inkişafına töhfə verir və hava xidmətlərini yaxşılaşdırır",  -  Muradov vurğulayıb. 

Ötən il Çinin Tsindao şəhəri ilə Bakı arasında ticarət dövriyyəsi iki dəfədən çox artaraq 233 milyon yuana (32,05 milyon ABŞ dolları) çatıb. Bu  barədə məlumat verən  Çindao Bələdiyyəsinin Ticarət Bürosunun Qərbi Asiya və Afrika ölkələri üzrə departamentinin direktoru Menq Veyvey bildirib ki, Cindao dəniz ehtiyatları ilə zəngin şəhərdir.

"Şəhərdə Çinin ən böyük laboratoriyası var. Ümumilikdə, şəhərdə 12 laboratoriya var ki, onlar müxtəlif sahələri, o cümlədən "yaşıl” enerji sahəsini inkişaf etdirməyə kömək edir",  -  Veyvey deyib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan və Türkiyə iş adamları sərhədyanı əməkdaşlığı müzakirə ediblər
İqtisadiyyat 13:03
Ermənistan və Türkiyə iş adamları sərhədyanı əməkdaşlığı müzakirə ediblər
ABŞ-da təbii qazın qiyməti bahalaşıb
İqtisadiyyat 09:57
ABŞ-da təbii qazın qiyməti bahalaşıb
Tramp onlarla ölkəyə yeni idxal tarifləri tətbiq etməyə hazırlaşır
İqtisadiyyat 10:20
Tramp onlarla ölkəyə yeni idxal tarifləri tətbiq etməyə hazırlaşır
Rusiyadan Ermənistana propan qazının Azərbaycan üzərindən tranzitinə başlanılır
İqtisadiyyat 15:30
Rusiyadan Ermənistana propan qazının Azərbaycan üzərindən tranzitinə başlanılır
İran yaşayış binalarında günəş enerjisi sistemlərinin genişləndirilməsini planlaşdırır
İqtisadiyyat 16:22
İran yaşayış binalarında günəş enerjisi sistemlərinin genişləndirilməsini planlaşdırır
Ermənistan Azərbaycan üzərindən 26 min tondan çox mal idxal edib
İqtisadiyyat 15:13
Ermənistan Azərbaycan üzərindən 26 min tondan çox mal idxal edib
Hörmüzdən asılı deyilik, bu marşrutu istifadə edənlər qorumağa borcludur -Tramp
İqtisadiyyat 05:42
Hörmüzdən asılı deyilik, bu marşrutu istifadə edənlər qorumağa borcludur -Tramp
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
İqtisadiyyat 15:09
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
Rusiya olmadan Ermənistanın dəmir yolu sistemi “bir anda çökə bilər” -Şoyqu
İqtisadiyyat 09:56
Rusiya olmadan Ermənistanın dəmir yolu sistemi “bir anda çökə bilər” -Şoyqu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol