Müsəlman
dünyasının müqəddəs bayramlarından biri olan Ramazan bayramı ərəfəsində Bank Respublika növbəti sosial aksiya keçirib.
Belə ki, bu dəfə Bankın əməkdaşları
Saray qəsəbəsində yerləşən "Çıraq"uşaq inkişaf mərkəzində müalicə alan və
xüsusi qayğıya ehtiyacı
olan aztəminatlı ailələrdən olan uşaqları ziyarət ediblər. Görüşdə çıxış edən bankın nümayəndələri
görüşə qatılan 30 ailəni salamlayıb, onları qarşıdan gələn Ramazan Bayramı
münasibətilə təbrik edərək mərkəzdə müalicə alan övladlarına şəfa dilədilər. Daha
sonra bank tərəfindən hazlırlanmış zəruri ərzaq məhsullarından ibarət xüsusi
bayram sovqatları ailələrə təqdim edilib.
Bankdan
verilən məlumata əsasən, aksiyanın keçirilməsində əsas məqsəd mərkəzdə müalicə
alan uşaqlara və onların ailələlərinə bayram sevincini yaşatmaq, eləcə də
sağlamlıq imkanları məhdud olan uşaqların problemlərini cəmiyyətin diqqətinə
çatdırmaq və bu problemlərin həllində cəmiyyətin dəstəyinə nail olmaqdan ibarət
idi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !