Bank Technique”in bağlanmaq təhlükəsi - “Nağd pul çətinliyimiz var” - AÇIQLAMA

18:11 | 04.08.2015
“Bank Technique”in bağlanmaq təhlükəsi - “Nağd pul çətinliyimiz var” - AÇIQLAMA

Bank Technique”in bağlanmaq təhlükəsi - “Nağd pul çətinliyimiz var” - AÇIQLAMA

Azərbaycanın bank sektorunda yaranmış böhranlı vəziyyət davam edir. "EvroBank” və "Azərbaycan Kredit Bankı”nın ardından "Bank Technique”nin də maliyyə problemləri yaranıb. Bank sektorunda yaranmış bu cür vəziyyət isə insanları təşvişə salıb və onlar əmanətlərini çıxartmağa çalışırlar. Lakin "Bank Technique” əhalinin əmanətlərini qaytara bilmir. Belə ki, əmanətlərini götürmək üçün mraciət olunanlara ən çox halda 500-1000 manat məbləğində pul çıxara biləcəkləri qeyd edilir.

"Bank Technique”in Marketinq şöbəsinin baş mütəxəssisi Rövşən Kazımov Modern.az-a açıqlamasında bildirib ki, hazırda bankda bir sıra çətinliklər olsa da, fəaliyyətini davam etdirir.

"Amma bankın müflisləşməsi və ya bağlanması haqqında deyilənlər həqiqət deyil, işçilər işdədir və işləyir. Yəni bu məsələ gündəmdə deyil. Nağd vəsaitlə bağlı çətinliklərimiz var ki, yaxın günlərdə bu həll olunmalıdır. Bizim başqa bankla birləşməklə bağlı fikrimiz də yoxdur”.

Əhalini əmanətlərə görə narahat olmamağa çağıran R.Kazımov qeyd edib ki, "Bank Technique” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və əmanətçilərin pulları prosedur qaydalarına uyğun qaytarılacaq. 

"Nağd pulla bağlı problemlər var və həll olunmalıdır. Hal-hazırda vəsaitin axtarılması istiqamətində iş gedir və məsələ düzələcək”.

İqtisadçı-ekspert Samir Əliyev deyir ki, Azərbaycanın bank sektorunda vəziyyət arzuolunmaz səviyyədə deyil, problemlər var. 
"Ümumən bütün banklarda problem var, bəzi bəzilərində isə vəziyyət daha kritikdir.

"Onlardan biri də "Bank Technique”dir ki, maliyyə vəziyyəti ilə bağlı ciddi problemlər yaşayır. Həmin bankın müştəriləri ilə söhbətdə də qeyd olunur ki, pul götürməkdə çətinlik çəkirlər. hazırda "Bank Technique”nin taleyi ilə bağlı müzkairələr gedir. Hələ Mərkəzi Bank tərəfindən konkret addım atılmayıb. Görünür bankın xilas olunması istiqamətində iş gedir. Son vaxtlar belə bir tendensiya da müşahidə edilir ki, Mərkəzi Bank bağlamağını nəzərdə tutduğu bankın fəaliyyətini bir qədər məhdudlşadırır. Ola bilsin ki, "Bank Technique”də də eyni situasiya baş verir”.

S.Əliyev qeyd edib ki, bankın taleyinə aydınlıq gətirilməlidir. 

"Amma bankın problemləri varsa, o qısa müddət ərzində həll edilməlidir. Əgər Mərkəzi Bank dəstək vermək niyyətində deyilsə, konkret fikir bildirilməlidir. Çünki bu bankın xeyli sayda müştəriləri var və onlar depoziti götürməkdə əziyyət çəkirlər. Cari hesabında pul olanlar pulunu çıxara bilmirlər”.

Ekspert qeyd edib ki, "Bank Technique”nin bağlanacağını demək çox çətindir. 

"Çünki bankın maliyyə vəziyyəti ilə bağlı detallı məlumata malik olmaq lazımdır. Bank sektoru qapalı sektor olduğu üçün məlumatlar kənara verilmir. Bu gün bankın taleyi 50-50-yədir, istənilən istiqamətə gedə bilər”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti