Moldovanın paytaxtı Kişinyovda naməlum silahlılar kommersiya banklarından birinin filialını qarət ediblər.APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, hücum zamanı bankda iki nəfər olub. Onlardan biri öldürülüb, digəri yaralanıb. Bank filialının şəhərin kənarında, topdan satış supermarketində yerləşdiyi bildirilir. Faktla bağlı polis tərəfindən araşdırma aparılır. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !