Banklar 2024-cü ildə keçirilən ilk valyuta hərracında $75 mln dollar alıblar

15:05 | 09.01.2024
Banklar 2024-cü ildə keçirilən ilk valyuta hərracında  $75 mln dollar alıblar

Banklar 2024-cü ildə keçirilən ilk valyuta hərracında $75 mln dollar alıblar

Azərbaycan Mərkəzi Bankı çərşənbə axşamı valyuta hərracında banklara 74,9 milyon dolların satışını təşkil edib. Bu barədə Mərkəzi Bank məlumat yayıb.

2023-cü il dekabrın 28-də keçirilən hərracda banklar 77,8 milyon dollar alıb.

"Yanvarın 9-da keçirilən hərracda banklar tərəfindən tələb 74,9 milyon dollar təşkil edib və tam ödənilib. Hərracın yekunlarına əsasən, manatın dollara nisbətən orta çəkili məzənnəsi 1,7 manat/$1 təşkil edib", - Mərkəzi Bankdan bildirilib. 

2017-ci il yanvarın 12-dən AMB valyuta hərraclarının yeni mexanizmindən istifadə etməyə başlayıb.

Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.

2023-cü ildə Azərbaycan Dövlət Neft Fondu hərraclarda 2 milyard 689,4 milyon ABŞ dolları məbləğində (2022-ci illə müqayisədə 42,6% azalma - İF) xarici valyuta satıb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM