Banklar hərracda 66,1 milyon ABŞ dolları alıblar

12:42 | 01.08.2023
Banklar hərracda 66,1 milyon ABŞ dolları alıblar

Banklar hərracda 66,1 milyon ABŞ dolları alıblar

Azərbaycan Mərkəzi Bankı cümə axşamı valyuta hərracında banklara 66,1 milyon ABŞ dollar satıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib. 
 
Bu məbləğ əvvəlki hərrac zamanı 32,5 milyon milyon ABŞ dolları olub.
 
"Çərşənbə axşamı hərracda tələb 32,1 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb",- mərkəzdən bildirilib.
 
Bu ilin yanvar-mayında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 492,3 milyon ABŞ dolları məbləğində satış olub.
  
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,4% azdır.
 
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.


Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.


2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində  xarici valyuta satıb.
  
Gülnar Nazimıqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM