Banklara qaytarılacaq borclar 1,7 milyard manat artıb

14:56 | 05.03.2015
Banklara qaytarılacaq borclar 1,7 milyard manat artıb

Banklara qaytarılacaq borclar 1,7 milyard manat artıb

2015-ci ilin yanvar ayının yekunlarına görə, Azərbaycanda kredit portfelinin 27%-i və yaxud 5 milyard manatlıq hissəsi xarici valyutada formalaşıb. Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
 
Azərbaycan manatının təxminən 34% dəyərdən düşdüyünü nəzərə alsaq, biznes strukturlarının və əhalinin banklara manatla qaytaracağı məbləğ təxminən 1,7 milyard manat çox olacaq. Məsələn ondadır ki, devalvasiyaya qədər 5 milyard manat 6,37 milyard dollara bərabər idi. İndi isə həmin borc yeni məzənnə ilə 6,7 milyard manata yaxındır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM