ABŞ prezidenti Barak Obama Rusiyanı Ukraynada vəziyyətin sabitləşdirilməsi ilə bağlı Cenevrə razılaşmalarına əməl etməməkdə ittiham edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, B. Obama bunu Yaponiyaya səfəri zamanı bu ölkənin baş naziri Sindzo Abe ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. “Ən azı, bu ana qədər biz Rusiyanın Cenevrədə əldə olunmuş razılaşmaların mətninə və ruhuna uyğun addımlar atdığını görmürük”, - deyə ABŞ prezidenti söyləyib. B. Obama bəyan edib ki, Rusiya razılaşmalara əməl etməsə, ABŞ bu ölkəyə qarşı əlavə sanksiyalar tətbiq edə bilər. O, Ukraynada yaranmış problemlərin diplomatik yolla həllinə nail olmaq istiqamətində səyləri davam etdirəcəklərini vurğulayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !